Məzmuna keç
oqur

Kod çapda qalır, hədəfi siz dəyişirsiniz.

Dinamik QR koda yazılmış qısa oqur keçididir. Menyunuz, kampaniyanız və ya faylınız dəyişəndə yalnız keçidin getdiyi yeri yeniləyirsiniz; masadakı kart, afişa və ya qablaşdırma olduğu kimi qalır.

  • Pro və yuxarı

Nümunə ekran: dinamik kodun hədəfini dəyişmək

Kodu redaktə et

Kafe Rıhtım · Kampaniyalar

NÜMUNƏ
Q1

Qış kampaniyası afişası

Veb-sayt · Q1 Veb və keçid

KAMPANİYA ÜÇÜN SKAN ET
Qısa keçid
oqur.io/d/Xp4nT9
Çap olunub
2 mart 2026 · 400 afişa
Naxış heç vaxt dəyişmir. Hədəfi dəyişmək yenidən çap tələb etmir.

Hədəf

  1. Cari hədəf

    kaferihtim.com/kampaniya/yay-2026

  2. Bu ünvan artıq cari hədəfdir.

Dərcdədir. Növbəti skan yeni ünvana gedir; çap olunmuş afişalar eynidir.

Dəyişiklik tarixçəsi

oqur panelindən nümunə ekran. Yeni ünvanı yazıb dərc edin, sonra tarixçədən geri alın; kodun naxışı heç dəyişmir.

Qısa keçid, uzun ömür.

Dinamik kodun gücü çap olunmuş naxışla hədəf arasına girən bir qısa keçiddən gəlir.

Qısa keçid koda bir dəfə yazılır

Dinamik kodun içində hədəf ünvan yox, oqur.io/d/7Kq2xP kimi qısa keçid olur. Skan edən telefon əvvəlcə bu keçidə gəlir, oqur onu həmin an qeydə alınmış hədəfə yönləndirir. Hədəfi dəyişəndə naxış dəyişmir.

  1. Telefon kodu skan edir

    Kodun içində yalnız qısa keçid var.

  2. oqur hədəfə baxır

    Qısa keçidin həmin anki hədəfini tapır.

  3. Ziyarətçi yeni hədəfə çatır

    Yönləndirmə ziyarətçiyə hiss etdirmədən olur.

Çapda qalmayacaq hər şey üçün

Mövsümi menyular, müddəti bitən kampaniyalar, yenilənən qiymət siyahıları və ya səhv çap olunmuş ünvan. Məzmun dəyişəcəksə, yenidən çap əvəzinə hədəfi dəyişin.

Tez-tez rast gəlinən hallar

  • Mövsümi menyu
  • Bitən kampaniya
  • Aktual qiymət siyahısı
  • Səhv çap olunmuş ünvan
  • Təxirə salınan tədbir

Hər dəyişiklik qeydə alınır

Hədəfi kim, nə vaxt, nəyə dəyişdi; hamısı dəyişiklik tarixçəsində qalır. Səhv yeniləməni bir kliklə əvvəlki hədəfə qaytarırsınız.

Qeyd
Tarix, saat və dəyişən şəxs
Əvvəlki hədəflər
Tarixçədə saxlanılır
Geri alma
Bir kliklə, kod yenidən çap olunmadan

Skanlar avtomatik ölçülür

Hər dinamik kod skanları sayır. Hansı afişanın, hansı masanın işə yaradığını görmək üçün ayrıca alət qurmağa ehtiyac yoxdur.

Bütün planlarda
Ümumi skan sayı
Pro və yuxarı
Unikal skan, məkan, cihaz, vaxt
Biznes və yuxarı
CSV ixracı

Plan bitsə, kod girov qalmır

Abunəniz başa çatsa, dinamik kodlarınız silinmir; Pulsuz planda dinamik kod olmadığı üçün dayandırılır. Dayandırılan kodu skan edən şəxs reklam yox, sadə məlumat səhifəsi görür; planınızı yenidən yüksəldəndə bu kodlar avtomatik açılır və qaldığı yerdən işləyir.

  1. Plan başa çatır

    Hesab Pulsuz plana keçir.

  2. Dinamik kodlar dayandırılır

    Dayandırılan kodda ziyarətçi reklam yox, sadə məlumat səhifəsi görür.

  3. Plan yüksəlir

    Dayandırılan kodlar avtomatik, eyni keçidlə açılır.

Dinamik QR haqqında

Cavab burada yoxdursa, tez-tez verilən suallar səhifəsinə baxın və ya bizə yazın.

Bütün suallar

Xeyr. Abunəniz bitsə, kodlarınız silinmir; Pulsuz planda dinamik kod olmadığı üçün dayandırılır. Yenilənmə ödənişi alınmasa, 14 gün əlavə vaxt verilir və bu müddətdə kodlarınız işləyir. Planınızı yenidən yüksəldəndə dayandırılan kodlar avtomatik açılır.

Limit yoxdur. Hər dəyişiklik tarixçəyə yazılır və istədiyiniz an əvvəlki hədəfə qayıda bilərsiniz.

Xeyr. Statik kodda məzmun naxışın özünə yazılıb; dəyişmək üçün yeni kod çap etməlisiniz. Buna görə çapdan əvvəl dinamik kodu seçmək vacibdir.

Bir dəfə çap edin, istədiyiniz qədər dəyişin.

Dinamik kodlar Pro və yuxarı planlardadır. Planları müqayisə edin, istədiyiniz vaxt ləğv edin.